Dünya bazarlarında neft ucuzlaşıb, qaz isə bahalaşıb

Dünya bazarlarında neft ucuzlaşıb, qaz isə bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,49 azalaraq 1 barelə görə 91,46 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında oktyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,68% azalaraq 85,33 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə, 0,53% artaraq 8,081 ABŞ dolları təşkil edib.