Dünya bazarlarında neft ucuzlaşıb, qaz isə bahalaşıb

Dünya bazarlarında neft ucuzlaşıb, qaz isə bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,24% azalaraq 1 barelə görə 93,77 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında oktyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,16% azalaraq 87,64 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə, 0,21% artaraq 8,403 ABŞ dolları təşkil edib.