Dünya bazarlarında neft ucuzlaşıb, qaz isə bahalaşıb

Dünya bazarlarında neft ucuzlaşıb, qaz isə bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,43% azalaraq, 1 barelə 95,78 dollar təşkil edib.

NOCOMMENT xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında noyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,56% azalaraq, 90,62 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,43% artaraq, 6,554 ABŞ dolları təşkil edib.