İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 3,24% azalaraq 1 barelə görə 36,71 dollar təşkil edib.
NOCOMMENTin məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 3,72% azalaraq 34,46 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,27% artaraq 3,36 ABŞ dolları təşkil edib.












