Dünya bazarlarında neft və qaz bahalaşıb

Dünya bazarlarında neft və qaz bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,25% artaraq 1 barelə görə 100,94 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında avqust ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,42% artaraq 98,94 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,02% artaraq 5,56 ABŞ dolları təşkil edib.