İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,04% azalaraq, 1 barelə görə 92,61 dollar təşkil edib.
NOCOMMENT xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında dekabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,07% azalaraq, 85,77 dollara bərabər olub.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,07% azalaraq, 5,958 ABŞ dolları təşkil edib.












