Dünya bazarlarında neft və qaz ucuzlaşıb

Dünya bazarlarında neft və qaz ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,1% azalaraq, 1 barelə görə 91,84 dollar təşkil edib.

NOCOMMENT xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında yanvar ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,33% azalaraq, 84,45 dollara bərabər olub.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,32% azalaraq, 6,184 ABŞ dolları təşkil edib.