Dünya bazarlarında neft və qazın son qiymətləri məlum olub

Dünya bazarlarında neft və qazın son qiymətləri məlum olub

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,07% artaraq 1 barelə görə 45,16 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,31% azalaraq 42,49 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,36% artaraq 2,52 ABŞ dolları təşkil edib.