Dünya bazarlarında neft və təbii qaz bahalaşıb

Dünya bazarlarında neft və təbii qaz bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin dekabr müqaviləsinin dəyəri 2,11% artaraq 1 barelə görə 40,10 dollar təşkil edib.

NOCOMMENTin məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 2,51% artaraq 37,98 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 4,10% artaraq 2,54 ABŞ dolları təşkil edib.