Dünya bazarlarında neft və təbii qaz bahalaşıb

Dünya bazarlarında neft və təbii qaz bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 2,77 % artaraq 1 barelə görə 23,37 dollar təşkil edib.

NOCOMMENT.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 11,99 % artaraq 13,82 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,36 % artaraq 1,962 ABŞ dolları təşkil edib.