Dünya bazarlarında neft və təbii qaz ucuzlaşdı

Dünya bazarlarında neft və təbii qaz ucuzlaşdı

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,95% azalaraq 1 barelə görə 43,65 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,99% azalaraq 40,96 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,16% azalaraq 2,48 ABŞ dolları təşkil edib.