İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 0,25% azalaraq 1 barelə görə 51,21 dollar təşkil edib.
NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,12% azalaraq 48,17 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, gələn ilin fevralında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 8,26% azalaraq 2,321 ABŞ dolları təşkil edib.












