Dünya bazarlarında neft və təbii qazın ildə ilk qiymətləri açıqlanıb

Dünya bazarlarında neft və təbii qazın ildə ilk qiymətləri açıqlanıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 0,06% azalaraq 1 barelə görə 51,06 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında fevralda ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,04% artaraq 47,64 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,43% artaraq 2,633 ABŞ dolları təşkil edib.