Dünya bazarlarında neft və təbii qazın qiyməti məlum oldu

Dünya bazarlarında neft və təbii qazın qiyməti məlum oldu

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,67% azalaraq 1 barelə görə 41,44 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,74% artaraq 39,60 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,22% azalaraq 1,83 ABŞ dolları təşkil edib.