Dünya bazarlarında neftin ucuzlaşması davam edir, təbii qazın qiyməti isə artıb

Dünya bazarlarında neftin ucuzlaşması davam edir, təbii qazın qiyməti isə artıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin dekabr müqaviləsinin dəyəri 0,56% azalaraq 1 barelə görə 42,92 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,48% azalaraq 41,50 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,96% artaraq 2,94 ABŞ dolları təşkil edib.