Dünya bazarlarında neftin və təbii qazın qiymətləri məlum oldu

Dünya bazarlarında neftin və təbii qazın qiymətləri məlum oldu

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,57% azalaraq 1 barelə görə 39,83 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,08% artaraq 37,33 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,32% azalaraq 2,27 ABŞ dolları təşkil edib.