Ən çox qızıl hasil edən ölkələr açıqlandı

Ən çox qızıl hasil edən ölkələr açıqlandı

Dünyada qızıl hasilatı artmaqda davam edir. Dünya Qızıl Şurası ən çox qızıl istehsal edən ölkələri açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, 2024-cü il də dünyada mədənlərdən ümumilikdə 3 661,2 ton qızıl hasil edilib. Hesabata əsasən, 380,2 ton istehsalla Çin dünyanın ən böyük qızıl istehsalçısı mövqeyini qoruyub.

Çini 330 ton hasilatla Rusiya, 284 tonla isə Avstraliya izləyib. İlk beşlikdə 202,1 tonla Kanada və 158 tonla ABŞ da yer alıb.

Hesabatda Afrika ölkələrinin də qlobal qızıl təchizatının təxminən dörddəbirini təmin etdiyi bildirilib.

Türkiyə isə 2024-cü ildə 30,6 ton qızıl hasil edərək dünya reytinqində 29-cu pillədə qərarlaşıb. Metbuat.az