Maliyyə Nazirliyi: 2020-ci ilin birinci rübündə dövlət büdcəsinə proqnozdan 35,9% çox mədaxil olub

Maliyyə Nazirliyi: 2020-ci ilin birinci rübündə dövlət büdcəsinə proqnozdan 35,9% çox mədaxil olub

2020-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7810,9 mln. manat, xərcləri isə 5254,8 mln. manat olmub. Bu döv ərzində 2556,1 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. Bu isə proqnozlaşdırılan 533,4 mln. manat profisitdən 2022,7 mln. manat çoxdur.

Maliyyə Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, cari ilin I rübündə dövlət büdcəsinin mədaxili rüblük proqnoza qarşı 35,9% çox icra olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxil olma da 12,2 faiz çox olub. Həmin vəsaitin 68,5 faizi və yaxud 1396,4 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 244,5 mln. manat və ya 21,2 faiz çoxdur.