Naxçıvanda kreditləşmənin həcmi 3 dəfəyədək artıb

Naxçıvanda kreditləşmənin həcmi 3 dəfəyədək artıb

Bu ilin ilk rübündə Naxçıvan Muxtar Respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 49,4 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 2,9 dəfə çoxdur.

NOCOMMENT.az Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, verilən kreditlərin 7,26 mln. manatdan çoxu və yaxud 14,7%-i qısamüddətli, 42,15 mln. manatdan çoxu və yaxud 85,3%-i uzunmüddətli kreditlər olub.

1 aprel 2020-ci il tarixinə Naxçıvan Muxtar Respublikanın banklarında açılan bank hesablarının sayı 86352-yə çatıb ki, bunun da 75794-ü və ya 87,8%-i aktiv hesablardır. Bu ilin birinci rübündə açılan 9418 bank hesabının 9415-i aktiv hesablar olub.

1 aprel 2020-ci il tarixinə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1285-ə çatdırılıb.

APA