Pandemiyadan zərər çəkmiş 55 min sahibkara nə qədər vəsait ödənilib?

Pandemiyadan zərər çəkmiş 55 min sahibkara nə qədər vəsait ödənilib?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üzrə aprel ayının 24-nə olan hesabatı açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, hesabatda indiyədək 65.522 fərdi sahibkarın müraciət etdiyi, 60.169 nəfərin isə müraciətinin araşdırıldığı bildirilib.

Aprelin 24-nə faktiki olaraq 55.022 vergi ödəyicisinə 37.930,3 min manat vəsait ödənilib.
Müraciəti araşdırılmış fərdi sahibkarlara göstəriləcək maliyyə dəstəyinin məbləği isə 40.620,5 min manatdır.

Qeyd edək ki, tədbirin icrası üzrə ümumilikdə 80 milyon manat nəzərdə tutulub.

Xatırladaq ki, bu ödəmələr pandemiyadan zərər çəkmiş fərdi (mikro) sahibkarlara dövlət tərəfindən dəstək məqsədilə həyata keçirilir.

APA