Rusiyanın 5 bankı ilə əməliyyatlar qadağan olundu – Aİ

Rusiyanın 5 bankı ilə əməliyyatlar qadağan olundu – Aİ

Avropa İttifaqının (Aİ) 19-cu paket çərçivəsində tətbiq etdiyi yeni sanksiyalara Rusiyanın “Alfa-Bank”, “MTS Bank”, “Absolut Bank” və “Sollers” kimi bankları məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, sənəd Aİ-nin jurnalında dərc olunub.

Qeyd olunan banklarla əməliyyatlara qadağa noyabrın 12-dən tətbiq olunacaq. Bu, “Zemsky Bank” və bank olmayan “İstina” kredit təşkilatına da şamil edilir.

Məhdudiyyətlər həmçinin Rusiya LNG-nin idxalına qadağa üzrə 25 aprel 2026-cı il tarixindən qısamüddətli müqavilələri və 2027-ci il yanvarın 1-dən uzunmüddətli müqavilələri də nəzərdə tutur.

Xatirə SADİQ