İran: Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqlar gedirbackend

İran: Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqlar gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə proqramına nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə texniki danışıqlar prosesinin irəlilədiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, İranın yarı rəsmi “Tesnim” Xəbər Agentliyinin məlumatına görə, bu barədə İslami Tehranda Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verib.

İran və MAQATE arasında texniki danışıqlar prosesi ilə bağlı sualı cavablandıran İslami heyətlərin hər gün İran və Agentlik arasında əlaqə yaratdıqlarını bildirib.

“Danışıqlar prosesi irəliləyir. Hər keçən gün İranla Agentlik arasında texniki və ekspert heyətləri əlaqə saxlayır və işin nəticələrini vaxtında hesabat verirlər” deyə açıqlama verib.

NOCOMMENT.AZ