İran çörəyin ixracını QADAĞAN ETDİbackend

İran çörəyin ixracını QADAĞAN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda çörəyin ixracı qadağan edildi.

NOCOMMENT.az “Azad İran” telegram kanalına istinadən xəbər verir ki, İranın Ticarətin İnkişafı Təşkilatının sənədində yazılıb:

“Sənaye üsulu ilə bişirilən çörəyin unu (dövlət tərəfindən) subsidiyalaşdırıldığı və gömrük orqanlarına məlumat verildiyi üçün ixracı qadağan edilib”.

Qeyd edək ki, ötən ilin noyabr ayında Kənd Təsərrüfatı Cihadı Nazirliyi Ticarətin İnkişafı Təşkilatına göndərdiyi məktubda subsidiyan kənar unla bişirilən çörəyin ixracının maneəsiz həyata keçiriləcəyini açıqlamışdı.