İran HƏR ŞEYİ açıqladı — Aprelin 16-sı 20:00-da… – SENSASİYAbackend

İran HƏR ŞEYİ açıqladı — Aprelin 16-sı 20:00-da… – SENSASİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın “Tasnim” agentliyinin məlumatlı mənbəyə istinadən yaydığı məlumat Yaxın Şərqin 16 aprel axşamı böyük bir müharibənin astanasından döndüyünü üzə çıxarıb. Məlumata görə, rəsmi Tehran İsrailin Livan hərbi əməliyyatlarını dayandırmayacağı təqdirdə aprelin 16-sı, yerli vaxtla saat 20:00-da İsrailə genişmiqyaslı raket zərbələri endirməyə tam hazır imiş.

NOCOMMENT.az xəbər verir ki, İran rəhbərliyi Donald Trampın Livanla bağlı verdiyi öhdəliklərin (İsrailin bombalamaları dayandırması) yerinə yetirilməyəcəyi təqdirdə hücum əmrini icra etmək üçün bütün hazırlıqları tamamlayıbmış. Mənbənin bildirdiyinə görə, həmin saatlarda İranın raket qurğuları əvvəlcədən müəyyən edilmiş hədəfləri məhv etmək üçün döyüş vəziyyətinə gətirilibmiş. Tehran hesab edirmiş ki, İsrailin Livan şəhərlərinə zərbələri davam etdirməsi faktiki olaraq atəşkəs rejiminin və Trampın vasitəçilik öhdəliklərinin tam pozulması deməkdir.

“İranın səbri tükənmək üzrə idi” deyən mənbə vurğulayıb ki, yalnız son anda Livanda əldə olunan atəşkəs razılaşması və Trampın diplomatik müdaxiləsi bu hücumun qarşısını alıb. Əks təqdirdə, yerli vaxtla saat 20:00-da İsrailin strateji obyektlərinə qarşı “cəzalandırma əməliyyatı” başlayacaqdı. Hazırda regionda vəziyyət hələ də kövrək olaraq qalır və İran tərəfi xəbərdarlıq edir ki, əgər İsrail Livandakı atəşkəs bəhanəsi ilə yenidən hərbi aktivliyə başlasa, “döyüş rejimində” gözləyən raketlər dərhal işə düşəcək. Analitiklər aprelin 16-da yaşanan bu gizli gərginliyi regionun son illərdə üzləşdiyi ən kritik “müharibə anı” kimi xarakterizə edirlər.

Sara,
NOCOMMENT.az