İRAN MÜHASİRƏDƏ: 21 gəmi geri qaytarıldıbackend

İRAN MÜHASİRƏDƏ: 21 gəmi geri qaytarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarının blokadası ilə bağlı ilk uğurlu nəticələri açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, aprelin 13-dən etibarən ABŞ-ın Fars və Oman körfəzlərindəki İran limanlarına tətbiq etdiyi blokada nəticəsində indiyədək 21 gəmi geri dönmək məcburiyyətində qalıb.

CENTCOM-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılan məlumatda deyilir: “Blokada tətbiq edildiyi andan etibarən 21 gəmi ABŞ hərbçilərinin tələbinə tabe olaraq geri dönüb və İran limanlarına istiqamət alıb”.

Qeyd edək ki, regionda gərginlik artmaqda davam edir və blokada İranın dəniz ticarətinə ciddi zərbə vurmaq məqsədi daşıyır.

Sara,
NOCOMMENT.az