İran öz hərəkətlərinin nəticələri ilə üzləşəcəkbackend

İran öz hərəkətlərinin nəticələri ilə üzləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz vəziyyəti yaxından qiymətləndiririk. Ən yüksək səviyyədə hazırıq”.

NOCOMMENT.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi İranın hədəf aldığı Nevatim hərbi bazasını ziyarətində belə deyib:

“İran öz hərəkətlərinin nəticələri ilə üzləşəcək. Cavabımızı buna uyğun seçəcəyik. Biz İsrail Dövlətini müdafiə etmək missiyamızı davam etdiririk. Müdafiə Qüvvələri İran və onun terrorçu qüvvələrinin istənilən təhdidinə qarşı durmağa hazırdır”.

Bildirib ki, hazırda vəziyyət hərtərəfli qiymətləndirilir. İrana mümkün cavab variantları təhlil edilir.