İran Prezidenti Zərifin səsyazısını sızdıran şəxsi tapmağı tapşırdıbackend

İran Prezidenti Zərifin səsyazısını sızdıran şəxsi tapmağı tapşırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti Həsən Ruhani kəşfiyyat orqanlarına ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin qalmaqallı səsyazısını yayan şəxsi tapmaq üçün təlimat verib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Rəbii onlayn mətbuat konfransında açıqlama verib.

Rəbii Zəriflə görüşün yazılı və vizual qeydlərinin hökumət idarəsində arxivləşdirildikdən sonra ictimaiyyət üçün yayımlanmasının planlaşdırıldığını, ancaq səsyazısının oğurlandığını qeyd edib.

Hökumət sözçüsü bu hərəkəti İran xalqına qarşı sui-qəsd olaraq dəyərləndirib.

Onun sözlərinə görə, nazirlə geniş müsahibədən yalnız kiçik bir hissə çap olunub.

“Prezident bu sui-qəsdin günahkarını müəyyənləşdirmək üçün Kəşfiyyat Nazirliyinə təlimat verib”, – deyə Rəbii bildirib.

Bununla yanaşı, İran hökuməti XİN rəhbərinin İraq səfərindən qayıtdıqdan sonra “anlaşılmazlıq” barədə lazımi açıqlamalar verəcəyini gözləyir.