İran səfiri peycerlərdən istifadə edən Livan qurumlarının adlarını açıqlayıbbackend

İran səfiri peycerlərdən istifadə edən Livan qurumlarının adlarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 17-də Livanda kütləvi şəkildə partladılmış peycerlərdən xəstəxana və uşaq bağçası işçiləri İsrailin hava hücumları barədə xəbərdarlıq almaq üçün istifadə edirdilər. 

NOCOMMENT.az hökumətin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu İranın Beyrutdakı səfiri Müctəba Əmani deyib.

“Əmani bildirib ki, bütün bu peyjerlər siyasi məqsədlər üçün deyil, sadə insanlar tərəfindən sionist rejimin mümkün hücumları barədə məlumat vermək üçün xəstəxanalara, uşaq bağçalarına və digər müəssisələrə paylanıb”.

Qeyd olunur ki, İran səfiri bu barədə Tehran xəstəxanasında Əmanini ziyarət edən hökumət rəsmisi Fatimeh Mohacerani ilə görüşdə bildirib.

Sentyabrın 17-də Beyrutun cənub ətrafı da daxil olmaqla Livanın bir sıra regionlarında peycerdə güclü partlayışlar baş verib. Al Jadeed telekanalı Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, peycerin partlaması nəticəsində 4 min vətəndaş xəsarət alıb. İran səfiri Amani  yaralanıb. Onunla yanaşı, İran diplomatik missiyasının digər əməkdaşları da yaralanıb.