Məlum olduğu kimi martın 5-də Naxçıvana İran ərazisindən dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Hava Limanının binasına, digəri bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Dron hücumları nəticəsində 4 nəfər xəsarət alıb.
NOCOMMENT.az xəbər verir ki, hadisəyə görə Azərbaycan İranla hava məkanını bağlayıb, yük daşınmalarını dayandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev dron zərbələrinə görə İranın üzr istəməsini, izahat verməsini və bunu törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib.
Bəs İran niyə Azərbaycanla yeni cəbhə açdı? Cavabımız nə olmalıdır? Vətəndaşlarımızın bu məsələyə mövqeyi necədir? Bu gərginlik böyüyə bilərmi?
TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.













