İrana sərt şəkildə cavab veriləcək – XƏBƏRDARLIQbackend

İrana sərt şəkildə cavab veriləcək – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

G7 ölkələri İrana Ukrayna münaqişəsində istifadə etmək üçün Rusiyanı ballistik raketlərlə təmin etməməklə bağlı xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, G7 ölkələri bunu edəcəyi təqdirdə Tehrana qarşı dərhal tədbir görəcəklərini bildirib.

“Böyük yeddilik” qrupunun bəyanatında qeyd edilib ki, İran Rusiyaya ballistik raketlər və ya müvafiq texnologiya tədarük edərsə, İrana qarşı yeni və əhəmiyyətli tədbirlər də daxil olmaqla, sərt şəkildə cavab veriləcək.

“Biz İranın ballistik raketləri və müvafiq texnologiyaları Rusiyaya tədarük etməyi nəzərdən keçirdiyinə dair xəbərlərdən son dərəcə narahatıq. İranı bunu etməməyə çağırıq. Çünki bu regional sabitliyin pozulmasına səbəb olacaq”, – bəyanatda qeyd edilib.