İranda evlənmək istəyənlər üçün “Yoldaş tapmaq mərkəzləri” açıldıbackend

İranda evlənmək istəyənlər üçün “Yoldaş tapmaq mərkəzləri” açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Gənclər və İdman Nazirliyinin Planlaşdırma və Sosial İnkişaf üzrə baş direktoru Mehdi Müttəkifər ailə həyatı qurmağı asanlaşdırmaq üçün “yoldaş tapmaq mərkəzləri” açıldığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinə (İSNA) danışan Müttəkifer ölkədə son illərdə gündəmdə olan evlənməmə probleminə qarşı atılan addımları açıqlayıb.

Mehdi Müttəkifər 15 əyalətdə 33 yerdə tanışlıq mərkəzlərinin açıldığını bildirib.

Müttəkifər bu mərkəzlərin yerləşdiyi əyalətlərdən bəzilərini sadalayıb.

O, paytaxt Tehranda 8, Qumda 5, İsfahanda 4, Şərqi Azərbaycan, Rezevi Xorasan və Kohgiluye Buyer Əhməddə 2, Qərbi Azərbaycan, Çahar Mahal-Bəxtiyari, Şimali Xorasan, Zəncan, Kirmanşahda və Gülüstan vilayətlərində hər birində 1 mərkəz olduğunu qeyd edib.

NOCOMMENT.AZ