İranda parlament seçkilərinə uşaqlar da cəlb edilib – FOTOLARbackend

İranda parlament seçkilərinə uşaqlar da cəlb edilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə paylaşılan görüntülərə görə, İranda dünən keçirilən parlament seçkilərində uşaqlar da səsverməyə cəlb ediliblər.

NOCOMMENT.az “Azad İran” telegram kanalına istinadən xəbər verir ki, bu vəziyyət media istifadəçilərində çaşqınlıq yaradıb. Onlardan bəzisi paylaşımında bu hadisəyə reaksiya verib:

“Uşaqların da səs vermək hüququ var?”, “Bu uşaqların bəzilərinin barmağına seçki möhürünün mürəkkəbi bulaşıb!”

Məlumata görə, seçkidə bütün saxtakarlıqlarla və sair qanunsuz əməllərə baxmayaraq, “Mehr” yarırəsmi xəbər ajansı Tehran əhalisinin dünənki seçkilərdə iştirak nisbətinin cəmi 24% olduğunu açıqlayıb.