İranda psixi sağlamlıq problemi olan etirazçı edam edildibackend

İranda psixi sağlamlıq problemi olan etirazçı edam edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda 2022-ci ildə ölkəni sarsıdan kütləvi nümayişlər zamanı yerli məmurun ölümünə görə psixi sağlamlıq problemi olan iranlı etirazçı edam edilib.

NOCOMMENT.az xəbər verir ki, Məhəmməd Qobadluya qəsdən adam öldürmə cinayətinə görə verilən edam hökmü bu gün səhər saatlarında icra olunub.

Hökmü verən hakim – siyasi fəallara, jurnalistlərə və siyasi məhbuslara verdiyi sərt hökmlərə görə Birləşmiş Ştatların sanksiyalarına məruz qalan Abolqasem Salavati olub.

Edam olunan şəxsin vəkili müvəkkili ilə bağlı qərardan xəbərdar edilmədiyini deyərək hökmlə bağlı əlavə məlumat tələb edib.