İranda törədilən terror aktında şübhəli bilinən şəxslər saxlanılıbbackend

İranda törədilən terror aktında şübhəli bilinən şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrandakı terror partlayışları ilə əlaqəli bir neçə nəfər həbs edilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi deyib.

“Ən azı 89 nəfərin ölümünə və çoxlu sayda insanın yaralanmasına səbəb olan Kerman terror aktları ilə əlaqəli bir neçə nəfər həbs olunub”, – deyə nazir qeyd edib.

O bildirib ki, ölənlərin 54-ü qadın, 34-ü isə kişidir. Onlardan 12-si əfqan mühacirdir. 10 nəfər 10 yaşa qədər, 30 nəfər isə 18 yaşdan aşağıdır.

Nazir hər iki terrorçunun intihar əməliyyatları həyata keçirdiyini və onların cəsədlərinin hissələrinin hadisə yerində tapıldığını bildirib.

Vəhidi əlavə edib ki, həbslərin təfərrüatları kəşfiyyat xidmətləri tərəfindən veriləcək.

Qeyd edək ki, yanvarın 3-də Kermanda Qasım Süleymaninin ölümünün dördüncü ildönümü ilə bağlı keçirilən yürüşdə törədilən iki partlayış azı 89 nəfərin ölümünə, çoxlu sayda insanın yaralanmasına səbəb olub. Yaralıların bəzilərinin vəziyyəti ağırdır.

İŞİD partlayışlara görə məsuliyyəti üzərinə götürüb.