İranda zəlzələ oldu

İranda zəlzələ oldu

İranın Huzistan əyalətinin Salend rayonunda 5 maqnitudada zəlzələ qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Salend rayonunda, ocağı 8 kilometr dərinlikdə yerləşib.

Hər hansı dağıntı və ya tələfat barədə məlumat verilmir.