ABŞ-nin sabiq prezidenti Donald Tramp Böyük Britaniyanın yeni seçilmiş Baş naziri Endi Bernemin (Leyboristlər Partiyası) vəzifəyə başlaması ərəfəsində rəsmi Londonun ünvanına sərt fikirlər səsləndirib.
NOCOMMENT.az xəbər verir ki, Tramp Britaniyanı "kasıb və fəlakətli bir ölkə" adlandıraraq, vəziyyətdən çıxış yolu kimi Şimal dənizində neft hasilatına başlanılmasını təklif edib. O, iddia edir ki, Şimal dənizindəki neft ehtiyatları yüz illərlə kifayət edəcək qədər böyükdür və ölkənin iqtisadi potensialını kökündən dəyişərək onu "dünyanın ən zəngin ölkələrindən birinə" çevirə bilər.
Tramp, həmçinin Britaniyanın Norveçdən neft almasını "gülünc" adlandırıb. O, Aberdin yaxınlığındakı külək turbinlərinin şəhərin mənzərəsini korladığını qeyd edərək, onların yığışdırılmasını təklif edib.
Maraqlıdır ki, Tramp çıxışında "Biz səni sevirik, Şotlandiya" ifadəsini işlədib ki, bu da onun Britaniya daxilindəki separatçı meyllərə dəstək verməsi kimi yozulub.
Qeyd edək ki, Endi Bernem iyulun 20-də rəsmi şəkildə Baş nazir vəzifəsinin icrasına başlayacaq.
Sara,












