İrandan Mərakeşdəki zəlzələdə həyatını itirənlər üçün başsağlığı mesajıbackend

İrandan Mərakeşdəki zəlzələdə həyatını itirənlər üçün başsağlığı mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyi Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdə həyatını itirənlərə görə Mərakeş xalqına və hökumətinə başsağlığı verib.

NOCOMMENT xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani verdiyi yazılı açıqlamada Mərakeşdə baş verən zəlzələ ilə əlaqədar ölkəsi adından kədərləndiyini bildirib.

Kenani zəlzələdə insan tələfatı ilə əlaqədar Mərakeş xalqına və hökumətinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

Dünən yerli vaxtla saat 23.10-da Mərakeşdə baş verən episentri Mərakeşin Əl-Huz bölgəsində olan 7 bal gücündə zəlzələdə 820 nəfər həyatını itirib, 672 nəfər isə yaralanıb.