ABŞ-ın hücumlarına dünyadan REAKSİYAbackend

ABŞ-ın hücumlarına dünyadan REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ötən bazar günü İordaniyadakı hərbi bazasına ölümcül pilotsuz təyyarə hücumuna cavab olaraq ötən gün 85 hədəfi vurdu. ABŞ prezidenti Co Bayden “Əgər bir amerikalıya zərər versəniz, cavab verəcəyik”,-deyə xəbərdarlıq etdi.  Suriya və İraqda da bəzi obyektlər ABŞ-nin hədəfi olub. ABŞ-nin İraqa hücumu nəticəsində son məlumatlara görə 16 nəfər ölüb, 25 nəfər yaralanıb.

Ağ Ev üç ABŞ əsgərinin ölümü ilə nəticələnən hücumda İranın dəstəklədiyi qrupu günahlandırıb.

Bəs dünya dövlətləti ABŞ-ın Yaxın Şərqdəki hücumlarına necə reaksiya verdilər?

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, Suriya, İraq və İran hücumlara görə Amerikanı qınayıb.

Suriya tərəfi zərbələr nəticəsində çoxlu sayda insanın öldüyünü və yaralandığını bildirir.  Həmçinin qeyd edir ki, ABŞ-ın Suriya ərazisini “işğalı” davam edə bilməyəcək.

İraq hökuməti isə zərbələr nəticəsində mülki şəxslər də daxil olmaqla azı 16 nəfərin öldüyünü, 25 nəfərin isə yaralandığını elan edib. Rəsmi Bağdad həmçinin ABŞ-ı İraqı və regionu “uçurumun astanasına” qoymaqda ittiham edir.

İran Xarici İşlər Nazirliyi ABŞ-ın zərbələrini “suverenlik və ərazi bütövlüyünün” pozulması kimi “qətiyyətlə” pisləyib.

Avropa İttifaqının xarici siyasət rəhbəri Josef Borrell bütün tərəfləri Yaxın Şərqdə “partlayıcı” eskalasiyadan qaçmağa çağırıb.

Böyük Britaniya hökuməti Amerikanın hücumlara cavab vermək hüququnu dəstəklədiyini bəyan edib və ABŞ-ı “sabit müttəfiq” adlandırıb