İranın bu konfransa sədrliyi tənqidlərə məruz qaldıbackend

İranın bu konfransa sədrliyi tənqidlərə məruz qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Tərksilah Konfransına sədrliyi tənqidlərə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, İran hökumətinin BMT-nin Tərksilah Konfransına sədrliyi amerikalı fəallar və qanunvericilərin tənqidlərinə səbəb olub və onlar belə bir şeyin beynəlxalq quruma inamın azalmasına səbəb olacağı haqqında xəbərdarlıq ediblər.

Məlumata görə, BMT-nin Tərksilah Konfransı bu il yanvarın sonundan etibarən Cenevrədə öz işinə başlayıb. Konfrans sentyabrın ortalarına qədər davam edəcək və konfransa sədrlik əlifba sırası ilə üzv ölkələr arasında rotasiya ilə həyata keçiriləcək. Hər bir üzv 4 həftə ərzində konfransa sədrlik edəcək.

ABŞ-nin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna bu barədə belə deyib:

“BMT nə üçün İranın danışıqlara sədrlik etməsinə icazə verilməsini yaxşı ideya hesab edir? Hökumətin tarixi və nüvə razılaşmalarının davamlı şəkildə pozulması konfransın əsas məqsədinə ziddir. BMT-nin mollaların qatil rejimini qanuniləşdirməyə davam etməsi iyrəncdir”.