İranın Rusiyaya raket verməsindən narahatıq – Cozef Borrellbackend

İranın Rusiyaya raket verməsindən narahatıq – Cozef Borrell

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran raketlərinin Rusiyaya verilməsindən narahatıq”

NOCOMMENT.az xəbər verir ki, dünən Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell, İranın raketlərinin Rusiyaya ötürülməsi ehtimalı ilə bağlı Avropa İttifaqının narahatlığını İran xarici işlər nazirinə çatdırdığını açıqlayıb.

Məlumata görə, o, bu haqda İranın XİN başçısı Hüseyn Əmir Abdullahian ilə telefon danışığında bildirib.

Qeyd olunub ki, söhbət zamanı Abdullahian Rusiyaya raket göndərilməsini inkar edib.