İsrail Prezidenti İshaq Hersoq İranın beynəlxalq sanksiyalardan yan keçmək üçün Qırğızıstandan “qaçaqmalçılıq marşrutu” kimi istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.
NOCOMMENT.az xəbər verir ki, bu bəyanata İran müdafiə naziri müavininin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin Bişkekdə keçirilən iclasında iştirakı səbəb olub. İsrail tərəfi hesab edir ki, rəsmi Tehranın bölgədəki bu aktivliyi sadəcə diplomatik xarakter daşımır.
“Burada heç bir təsadüf yoxdur. İranlılar qarşısını almağa çalışdığımız materialları əldə etmək üçün Qırğızıstanı qaçaqmalçılıq kanalı kimi istifadə etməyə çalışa bilərlər. Biz bu prosesi diqqətlə izləməliyik və mən bu məsələni Qüdsdə qaldıracağam”, — deyə Hersoq vurğulayıb.
Sara,
NOCOMMENT.az










