İrəvan Qarabağ ermənilərini son ümidlərindən də məhrum etdibackend

İrəvan Qarabağ ermənilərini son ümidlərindən də məhrum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Qarabağ ermənilərinin qəbulu proqramı fəaliyyətini dayanrıb. Erməni mətbuatı yazır ki, İrəvandakı Qarabağ erməniləri çətin vəziyyətə düşüblər.

NOCOMMENT virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistanın əmək və sosial işlər nazirinin mətbuat katibi Zara Manuçaryan Sputnik Armenia-ya müsahibəsində bildirib ki, proqram yarımçıq icra olunmayıb, o sadəcə sona çatıb, və vətəndaşlara bu barədə məlumat verilib. Manuçaryanın sözlərinə görə, proqram üç ay fəaliyyət göstərməli idi, lakin onun müddəti iki dəfə uzadılıb.

“İndi Qarabağ ermənilərinin mənzil problemlərinin həllinə imkan verəcək yeni bir dəstək variantı üzərində düşünürük. Yəni proqramın əvvəlki formada davam edib-etməyəcəyini və ya yeni bir layihənin hazırlanıb-hazırlanmayacağını dəqiq deyə bilmərik”, – deyə Manuçaryan əlavə edib.

Onun sözlərinə görə, hazırda Qarabağ ermənilərinə məşğulluq proqramlarından istifadə etmək tövsiyə olunur. Onlara ayda 125 dolların odənilməsini nəzərdə tutan 4 ayliq maliyyə yardımı programının müddəti də sona çatıb.