İrəvanda aksiya: Ermənilər yenə müharibə istəyir…backend

İrəvanda aksiya: Ermənilər yenə müharibə istəyir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda parlamentin müxalif “Ermənistan” və “Şərəf duyuram” fraksiyalarının təşkilatçılığı ilə aksiya keçirilib.

NOCOMMENT.az xəbər verir ki, aksiya İrəvandakı Azadlıq və Fransa meydanlarında keçirilib.

Aksiya iştirakçıları “Ermənistan Nikolsuz”, “Nikol satqındır”, “Ermənistan, qalx” və s. şüarlar səsləndiriblər.

Aksiyanın “bəyanatı” da olub. Bəyanatda əsasən Qarabağa yenidən iddialar əksini tapıb, Qarabağın Azərbaycanın tərkibində heç bir statusla olmamasına xüsusi “vurğu” edilib.

Başqa sözlə, 1988-ci ildən qətiyyən fərqlənməyən bir düşüncə – işğal siyasətini davam etdirmək arzusu ermənilərdə hələ də davam edir. Bu “istəyin” son nəticəsi 44 günlük savaşla Ermənistan ordusunun darmadağın olması ermənilərə dərs olmayıb.

Mitinqdə çıxış edənlər də “nəyin bahasına olursa olsun” deyə, yenə müharibəyə çağırış ediblər.
Axar.az