İrəvanda azərbaycanlı diversant panikası – Ermənistan DİN məlumat yaydıbackend

İrəvanda azərbaycanlı diversant panikası – Ermənistan DİN məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar reallığa uyğun deyil.

NOCOMMENT.az “azpolitika”ya istinadla xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.

O, bildirib ki, saat 23:25 radələrində Rusiya vətəndaşı narkotik maddə saxlamaq və istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.Həbs İrəvanın mərkəzindəKİ Maştots prospekti ilə Əmiryan küçəsinin kəsişməsində baş verib. Şübhəli şəxs Kentron rayon polis bölməsinə aparıldıqdan sonra saxlanılan şəxsin Rusiya Federasiyası vətəndaşı olduğu məlum olub: “Onun üzərindən narkotik tapılmayıb. Onun Ermənistan Respublikasında turizm məqsədi ilə olduğu müəyyən edilib və həmin şəxs azad edilib”.

Qeyd edək ki, bundan əvvəl erməni teleqram kanallarında yayılan bir video səs-küyə səbəb olub. Həmin videoda İrəvanın mərkəzində bir nəfərin saxlanıldığı göstərilib və bu şəxsin “azərbaycanlı diversant” olduğu bildirilib. Bu da öz növbəsində panikaya səbəb olduğunudan Ermənistan DİN xüsusi açıqlama vermək məcburiyyətində qalıb.