İrəvanda Paşinyanın istefası tələbi ilə aksiya keçirilirbackend

İrəvanda Paşinyanın istefası tələbi ilə aksiya keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanın Respublika meydanında Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, mitinqin aparıcısı Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryandır.

Hazırda “Müstəqillik Hərəkatı”nın başçısı hökumət binasına yollanır – Kazaryan Baş nazirlə görüşməyə ümid edir.

Müxalifət lideri bildirib ki, əgər Paşinyanla görüş baş tutarsa, o zaman görüş jurnalistlərin iştirakı ilə keçirilməlidir, çünki ictimaiyyət onların nə danışdıqlarını bilməli və eşitməlidir.

“Nikol Paşinyan istefa ərizəsini imzalasa, müdriklik göstərəcək. Və imza atsa, hökumət işçilərindən xahiş edəcəm ki, sənədin əslini prezident administrasiyasına, surətini isə mənə göndərsinlər. Bu surətlə mən bura, sizin yanınıza qayıdacağam və 50 qram konyak içəcəyəm”, – deyə Kazaryan planlarını bölüşüb.

Müxalifətin planına əsasən, Paşinyan sentyabrın 21-də ya özü istefa verməlidir, ya da parlamentin 1/3 hissəsi ona etimadsızlıq göstərməlidir.

Keçmiş səfir hökumət deputatlarının da Paşinyana etimad göstərməyəcəyini ehtimal edib. Kazaryan üç mitinq keçirməyi planlaşdırdığını açıqlayıb.