İrəvanda saxlanılan ASALA terrorçusu sərbəst buraxıldıbackend

İrəvanda saxlanılan ASALA terrorçusu sərbəst buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı İrəvanda saxlanılan ASALA terrorçusu Ambik Sasunyan sərbəst buraxılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, terrorçu polis bölməsindən çıxdıqdan sonra Beşinci kanala müsahibə verib.

Sasunyan Baş nazir Nikol Paşinyanı polislərin arxasında gizlənməməyə, xalqın qarşısına çıxmağa səsləyib.

Onun sözlərinə görə, o, küçə ilə gedərkən polisə sadəcə olaraq gənclərin niyə saxlanıldığını soruşub. Buna cavab olaraq iki polis əməkdaşı onu tutaraq maşına sürükləyiblər.

“Sərt davrandılar, hətta başımı da maşına vurdum. Polisin bu davranışından əsəbiləşirəm. Çox güman ki, bunu Nikolun göstərişi ilə edirlər. Ayıb olsun, Nikol! Sən də eyni üsullarla hakimiyyətə gəlmisən, indi də. diktatora çevrilmisən”, – deyə terrorçu bildirib.