Türkiyə diplomatını öldürən erməni terrorçu İrəvanda saxlanılıbbackend

Türkiyə diplomatını öldürən erməni terrorçu İrəvanda saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı İrəvanda davam edən aksiyalarda ASALA terror təşkilatının üzvü Ambik Sasunyan saxlanılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, A.Sasunyan 1982-ci ildə Türkiyənin Los Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmişdi. O, 2021-ci ildə həbsdən azad edilmiş və Ermənistana qayıtmışdı.

“Yerli polis Sasunyanı saxlayıb. Onları bütün “Vətəndaş Müqaviləsi” fraksiyası və türk xalqı ucadan alqışlayır. Heç nə olmaz, vətən naminə 40 il yatıb-çıxan oğlan üç saat da dözər”, – deyə hüquqşunas feysbukda istehzalı paylaşım edib.