İrəvanda Serj Sarkisyana məhkəmə qurulubbackend

İrəvanda Serj Sarkisyana məhkəmə qurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İrəvandakı Ümumi yurisdiksiya məhkəməsində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın işi üzrə növbəti iclas keçirlir.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, Serj Sarkisyan dövlət büdcəsindən təxminən yarım milyard dramın mənimsənilməsini təşkil etməkdə ittiham olunur.

Bugünkü məhkəmə iclasına Sarkisyanın özü də gəlib.

Qeyd olunur ki. eks-prezident ittihamı qəbul etmir. Vəkilləri keçmiş prezidentin siyasi təqib olunduğunu iddia edirlər.

Bu iş üzrə digər 4 təqsirləndirilən şəxs də ittihamı qəbul etmir: keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan, “Flash” şirkətinin sahibi Barseq Beqlaryan, kənd təsərrüfatı nazirinin keçmiş müavini Samvel Qalstyan, nazirliyin bitkiçilik şöbəsinin keçmiş rəisi Gevorq Arutyunyan.

Xüsusi İstintaq Xidmətinin məlumatına görə, Serj Sarkisyan 2013-cü ildə adları çəkilən şəxslərlə birləşərək dövlət büdcəsindən yanacaq alınması üçün nəzərdə tutulmuş təxminən yarım milyard dramı mənimsəyib