İSESKO-nun Azərbaycanda ofisi təsis ediləcəkbackend

İSESKO-nun Azərbaycanda ofisi təsis ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSESKO-nun Azərbaycanda regional ofisi təsis ediləcək.

NOCOMMENT.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik arasında keçirilən onlayn formatda görüşdə bildirilib.

Görüş zamanı Azərbaycan və İSESKO arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barəsində fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Mədəniyyət Nazirliyinin mədəniyyətlərarası dialoq istiqamətində olan təşəbbüsləri, xüsusilə “Mədəniyyət naminə sülh” Qlobal Kampaniyası çərçivəsində görülən işlərə dair qarşı tərəfə məlumat verilib və İSESKO-nun bu kampaniyaya göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edilib.