İŞİD əməliyyatı: 12 nəfər saxlanıldıbackend

İŞİD əməliyyatı: 12 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Bursa vilayətində terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 12 əcnəbi şübhəli saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Bursa Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə və Kəşfiyyat Şöbələrinə bağlı qruplar səhər saatlarında terror təşkilatı İŞİD-lə əlaqəsi olduğu müəyyən edilən şübhəlilərin ünvanlarına eyni vaxtda əməliyyat keçirib.

Həmin şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Saxlanılan şübhəlilərin istintaqı davam etdirilir.

NOCOMMENT.AZ